FAQ
Tez-tez verilən suallar. Burada tapın cavabını.
İnternet
GPON (Fiber-optik)
İnternet xidmətinə qoşulma zamanı müştərinin şəxsiyyətini və ya şirkəti təsdiq edən müvafiq sənədlər tələb oluna bilər. Tələb olunan sənədlər xidmət növünə və qoşulma ünvanına əsasən dəyişə bilər.
Ayrılmış xətt
İnternet xidmətinə qoşulma zamanı müştərinin şəxsiyyətini və ya şirkəti təsdiq edən müvafiq sənədlər tələb oluna bilər. Tələb olunan sənədlər xidmət növünə və qoşulma ünvanına əsasən dəyişə bilər.
Telefoniya
Telefon xidmətinə qoşulmaq üçün (012) 311 09 99 qaynar xəttimizlə əlaqə saxlaya bilərsiniz.
Bəli, internet və telefoniya xidmətlərindən birlikdə yararlana bilərsiniz.
Telefon xidmətinə qoşulmaq üçün tələb olunan sənədlər müraciət edən şəxsin və ya şirkətin statusuna və qoşulma ünvanına uyğun olaraq müəyyən edilir.
Avadanlıqlar
İnternet xidmətinin təqdim edilməsi üçün TP-Link XC220-G3 avadanlığından istifadə olunur. Bu cihaz fiber-optik bağlantını dəstəkləyir və internetin stabil şəkildə paylanmasını təmin edir.
İnternet sürəti
İnternet sürətinizi dəyişmək üçün (012) 311 09 99 qaynar xəttimizlə əlaqə saxlayaraq müraciət edə bilərsiniz. Müraciətiniz əsasında mövcud texniki imkanlar yoxlanılaraq sizə uyğun sürət seçimi təqdim ediləcək.
İnternet sürətinizi müxtəlif onlayn sürət testi platformaları vasitəsilə yoxlaya bilərsiniz. Nəticələr istifadə olunan cihaz, Wi-Fi bağlantısı, modem/router, şəbəkəyə qoşulan cihazların sayı və digər amillərdən asılı olaraq dəyişə bilər. Daha dəqiq nəticə əldə etmək üçün cihazınızı LAN kabeli ilə birbaşa routerə qoşaraq sürət testi aparmağınız tövsiyə olunur.
Aylıq ödəniş
Aylıq ödənişi aşağıdakı üsullarla həyata keçirə bilərsiniz: Onlayn: Million.az, Smartpay.az, Expresspay.az Ödəniş terminalları: Milliön, eManat, Ekspresspay Mobil tətbiq: M10, Mpay, mobil bank tətbiqləri Ənənəvi üsul: Poçt, banklar və rabitə xidmət mərkəzləri
Ünvanlar
Əraziniz üzrə xidmətin mövcudluğunu və qoşulma imkanlarını öyrənmək üçün (012) 311 09 99 qaynar xəttimizlə əlaqə saxlaya bilərsiniz. Müraciətiniz əsasında ünvan üzrə texniki imkanlar yoxlanılacaq.